Ukrayna hərbi rütbələri NATO standartlarına uyğunlaşdırır

Ukrayna hərbi rütbələri NATO standartlarına uyğunlaşdırırbackend

Ukrayna Müdafiə Nazirliyi Ukrayna hərbi qulluqçularının hərbi rütbələrinin NATO hərbi rütbə kodlarına keçilməsi barədə əmr verib.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Bu siyahı Ukrayna Silahlı Qüvvələri hərbi personalının hərbi rütbələrinin NATO hərbi rütbələrinə uyğunluğunu müəyyənləşdirir. Bu, ittifaqa üzv dövlətlərin silahlı qüvvələri ilə uyğunluğu təmin etmək üçün atılan bir addımdır”,- deyə nazirliyin mətbuat xidməti müdafiə naziri Andrey Taranın sözlərini sitat gətirib.

Nazirin sözlərinə görə, bu fərman Ukrayna Silahlı Qüvvələrinin 2025-ci ilədək hərbi kadr siyasəti konsepsiyası layihəsinin ayrılmaz hissəsi olacaqdır.

“Bu qərar SSRİ tipli karyera idarəetmə sistemindən aparıcı dövlətlərin ordularında qəbul edilən müasir bir sistemə keçmək məqsədi daşıyır”,- deyə Taran əlavə edib.

Qeyd edək ki, Ukraynanın ölkənin Avropa Birliyinə və Şimali Atlantika Müqaviləsi Təşkilatına tam üzvlüyə nail olunması ilə bağlı Ukrayna dövlətinin strateji kursu ölkə konstitusiyası tərəfindən təsdiqlənir. Ukraynanın NATO-ya inteqrasiyasının prioritet vəzifələrinin həyata keçirilməsini təmin etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski keçən ilin may ayında Ukrayna-NATO adı altında İllik Milli Proqramı təsdiqləyib. Proqramda Ukraynanın təhlükəsizlik və müdafiə sektorunun Şimali Atlantika blokunun standartlarına uyğunlaşdırılmasına və Ukrayna Silahlı Qüvvələrinin ittifaqa üzv dövlətlərin silahlı qüvvələri ilə uyğunluğunun artırılmasına xüsusi diqqət yetirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90