
Ukrayna ilə həmsərhəd bölgələrdəki vəziyyət həyəcanvericidir - Peskov
Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyəti olduqca həyəcanvericidir.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz həqiqətən də bu vəziyyətdən narahatıq, orada mülki obyektlərin atəşə tutulması davam edir. Orada vəziyyət kifayət qədər həyəcanvericidir. tədbirlər görülür”, – Peskov deyib.
Qeyd edək ki, Rusiya tərəfinin iddiasına görə, ötən sutka ərzində 10-a yaxın pilotsuz təyyarə Bryansk vilayətinin Klimovski rayonuna hücum etməyə cəhd edib. Belqorod vilayəti də hücuma məruz qalıb.
Bundan əlavə, son 24 saat ərzində Kubandakı neft emalı zavoduna iki hücum həyata keçirilib.
Busaat.az























