
Ukrayna ilə reallıqlara uyğun danışıqlar aparmağa hazırıq - Rusiya XİN
Rusiya Ukrayna ilə mövcud reallıqlara uyğun danışıqlar aparmağa hazırdır.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova paytaxt Moskvada onlayn keçirdiyi həftəlik mətbuat konfransında məlumat verib.
“Biz heç vaxt danışıqlardan imtina etməmişik. Təbii ki, ortaya çıxan reallıqları nəzərə alaraq danışıqlar aparmağa hazırıq. Almaniya tərəfi öz təsirindən bölgədə sabitlik yaratmaq üçün istifadə etmək əvəzinə, böhran və münaqişə bölgələrinə silah ixracını qadağan edən qanunlara zidd olaraq Kiyev rəhbərliyinə müxtəlif silah sistemləri verməyə davam edir” –deyə, Zaxarova qeyd edib.
Zaxarova ABŞ-ın Şimali Koreyanın Rusiyaya silah göndərdiyi ilə bağlı iddialarını da dəyərləndirib: “Bu iddialara açıq bir əsaslandırma təqdim edilməyib və təqdim oluna bilməz. Çünki ABŞ nümayəndələrinin verdiyi açıqlamalar başda-başa yalandır. ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmək üçün bəhanə yaradır”.
Qeyd edək ki, Zaxarova Rusiya və ABŞ münasibətlərinə toxunaraq ABŞ ilə yalnız səfirliklər vasitəsilə əlaqə saxladıqlarını bildirib.
Busaat.az























