Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 596 $▼5.32%
  • Ethereum1 777 $▼7.80%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ukrayna Kaxovka bəndindəki insidentlə bağlı Haaqa məhkəməsinə müraciət edəcək — Zelenski

image-1393479
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna Kaxovka su elektrik stansiyasında (SES) baş verən insidentlə bağlı Rusiyanı Haaqa məhkəməsinə verməyi planlaşdırır.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Ukrayna prezidenti vəziyyəti “ekosid” adlandıraraq, Beynəlxalq Cinayət Məhkəməsinə sorğular göndəriləcəyini  açıqlayıb.

Rusiya tərəfinin iddiasına görə, Ukrayna qüvvələri Kaxovka SES-i, Olxa reaktiv raket sistemləri ilə (MLRS) atəşə tutub. Atılan mərmilər nəticəsində zavodun bəndinin qapı klapanları dağılıb, suyun idarə olunmadan çölə axmasına səbəb olub.

Hazırda Novaya Kaxovkada suyun səviyyəsi 12 metrdən yuxarı qalxıb. 14 yaşayış məntəqəsi su altında qalıb, 80-ə qədər yaşayış məntəqəsi su altında qalmaq təhlükəsi ilə üzləşib. İnsanlar qonşu yaşayış məntəqələrindən təxliyə edilir. Lakin yerli hakimiyyət orqanlarının fikrincə, genişmiqyaslı təxliyələrə ehtiyac yoxdur.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111949