
Ukrayna Krıma zərbə endirərsə... - Rusiyadan AÇIQLAMA
Ukrayna Silahlı Qüvvələrinin (AFU) Krıma zərbə endirəcəyi təqdirdə heç bir cavab tədbiri istisna edilməməlidir.
Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfiri Andrey Kelin Sky News-a müsahibəsində bildirib.
Səfir bildirib ki, belə bir vəziyyət yaranacağı təqdirdə Rusiya müdafiə naziri Sergey Şoyqunun planları barədə açıqlama verməyib.
“Əgər Ukrayna Krıma Britaniya tərəfindən təchiz edilmiş “Storm Shadow” raketlərindən istifadə edərək zərbə endirəcəksə, hər şey mümkündür”, – Kelin deyib.
Onun sözlərinə görə, Ukrayna Krıma hücum edərkən onun nəticələri və Rusiyanın mümkün cavablarını barədə düşünməlidir.
Busaat.az























