Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 471 $▲0.56%
  • Ethereum1 810 $▲2.33%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ukrayna limanları taxıl müqaviləsi çərçivəsində 11 milyon ton ərzaq ixrac edib – Zelenski

image-zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna limanları taxıl müqaviləsi çərçivəsində ixrac olunan ərzaq məhsullarının ümumi həcmi 11 milyon ton təşkil edib.

Busaat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Avqustun 1-dən etibarən 450-dən çox gəmi Odessa, Çernomorsk və Yujnı  limanlarından yola düşüb. İxrac olunan ərzaq məhsullarının ümumi həcmi 11 milyon tontəşkil edib. Coğrafiya genişdir: Mərakeş, Əlcəzair, Liviya,  Tunis, Misir, Sudan, Efiopiya, Somali, Keniya, Yəmən, Livan, Banqladeş, Çin, Hindistan, İndoneziya, Türkiyə, eləcə də Aİ ölkələrinə ərzaq məhsullarımız ixrac olunur” -deyə, Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulda İstanbulda imzalanan taxıl müqaviləsinin 120 gün müddətinə uzadıldığını bildirib.  Rusiya Xarici İşlər Nazirliyi sövdələşmə tərəflərinin (Rusiya, Ukrayna, Türkiyə və BMT) etirazı olmadığı üçün vaxtın avtomatik olaraq uzadıldığını qeyd edib.

İyulun 22-də İstanbulda 120 gün müddətinə Ukraynadan ərzaq ixracına dair razılaşmalar əldə olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91020