Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 051 $▼0.09%
  • Ethereum1 785 $▲0.96%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ukrayna Moldovanı Rusiyaya əleyhinə tətikləyir - Zaxarova

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiyanın Moldova Respublikasındakı vəziyyəti pozmağa çalışdığına dair iddiaları qəti şəkildə rədd edirik”.

Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mediaya açıqlamasında deyib.

Zaxarova Moldova prezidenti Maya Sandunun, “Rusiya ölkədəki sabitliyi pozmağı planlaşdırır”, – sözləri ilə bağlı yazılı açıqlama verib.

Sandu sözügedən planların onlara Ukraynanın çatdırdığını qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova bildirib ki, belə iddialar Ukraynanın, ABŞ və digər Qərb ölkələrinin tez-tez istifadə etdiyi klassik üsullardır:

“Yoxlanılması mümkün olmayan gizli kəşfiyyat məlumatlarına istinad edərək ittihamlar irəli sürürlər. Yalan məlumatlar yayan Kiyevin əsas məqsədi Moldovanı Rusiya ilə sərt qarşıdurmaya salmaqdır.

Rusiya Moldova Respublikasının təhlükəsizliyinə təhdid yaratmır. Rusiyanın Moldova Respublikasındakı vəziyyəti pozmağa çalışması ilə bağlı iddiaları qəti şəkildə rədd edirik. Qərb dövlətləri və Ukraynadan fərqli olaraq biz Moldovanın və dünyanın digər ölkələrinin daxili işlərinə qarışmırıq. Biz Moldova hökumətini müdriklik nümayiş etdirməyə, xarici təxribatlara boyun əyməməyə və öz vətəndaşlarının maraqlarından çıxış etməyə çağırırıq”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100750