
Ukrayna münaqişəsinin sülh yolu ilə həlli barədə danışmaq hələ tezdir - Peskov
Ukrayna münaqişəsinin sülh yolu ilə həlli barədə danışmaq hələ tezdir, çünki bu ssenari üçün heç bir ilkin şərt yoxdur.
Busaat.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
Digər ölkələrin irəli sürdüyü müxtəlif barışıq planlarından hansının Rusiya üçün daha üstün olacağı və Moskvanın öz variantının olub-olmadığı sualına Peskov belə cavab verib: “Bu barədə danışmaq tezdir. Sülh prosesi üçün heç bir ilkin şərt yoxdur”.
“Xüsusi hərbi əməliyyat davam edir”, – diplomat qeyd edib.
Moskvanın Kiyev hökumətindən hər kəslə danışıqlara hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov deyib: “Bu, çətin ki, mümkün olsun, çünki Ukraynada Rusiya ilə hər hansı danışıqlar qadağandır”.
Qeyd edək ki, Volodimir Zelenski Vladimir Putinlə qarşılıqlı əlaqədə maraqlı olmadığını bildirərək Moskva ilə hər hansı danışıqları qadağan edən fərman verib.
Busaat.az























