Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 688 $▼3.72%
  • Ethereum1 843 $▼4.36%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ukrayna OTP Bankı qara siyahıdan çıxarmasa... - Macarıstandan XƏBƏRDARLIQ

image-1396897
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

OTP Bank Ukraynanın “müharibənin beynəlxalq sponsorları” siyahısından çıxarılana qədər Macarıstan Avropa Sülh Fondunun vəsaitlərindən Ukraynaya silah tədarükünü maliyyələşdirmək üçün Aİ-yə istifadə etməyə icazə verməyəcək.

Busaat.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib.

Nazir, jurnalistlərin suallarını cavablandırarkən xatırladıb ki, Macarıstanın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib.

“Ukrayna bankın rəhbərlərini və özünü bu siyahıdan çıxarmayana qədər Macarıstan Avropa İttifaqının Avropa Sülh Fondu adlanan qurumdan əlavə 500 milyon avro tələbini dəstəkləməyəcək”, – Szijjarto deyib.

O, qeyd edib ki, Ukrayna OTP-yə qarşı irəli sürülən iddiaların əsassız olduğunu yaxşı bilir, lakin nədənsə Macarıstan bankını qara siyahıdan çıxarmırlar.

“Onlar bunu etməyənə qədər biz də öz mövqeyimizdən  dönməyəcəyik və  heç bir silah təchizatı Avropa Sülh Fondundan maliyyələşdirilməyəcək”, –  nazir əlavə edib.

Qeyd edək ki,  Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyi (NACP) Macarıstanın OTP bank qrupunu Rusiyada fəaliyyətini davam etdirdiyi üçün “müharibənin beynəlxalq sponsorları” siyahısına daxil edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115611