
Ukrayna öz suverenliyini çoxdan itirib - Orban
Ukrayna öz suverenliyini çoxdan itirib. Ölkədəki vəziyyəti ilk növbədə ABŞ müəyyən edir.
Busaat.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının efirində belə bir bəyanatla çıxış edib.
“Ukrayna öz suverenliyini çoxdan itirib”, – Orban deyib.
Nazir bildirib ki, ölkəni Qərb dövlətləri, xüsusilə də ABŞ idarə edir. Onun sözlərinə görə, istəsə, Vaşinqton münaqişəni “səhər tezdən” həll edə bilərdi.
Orban əlavə edib ki, NATO ölkələri Vilnüs sammitində ABŞ-nin niyə “bunu istəmir” sualına cavab ala bilməyiblər.
Busaat.az























