
Ukrayna Rus ordusuna ağır zərbə endirdi – VİDEO
Ukrayna ordusu rus qüvvələrinə ağır zərbə endirib.
Busaat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri hazırda rusların nəzarəti altında olan Luqansk vilayətinin Svatovo şəhərində Rusiyaya məxsus sursat anbarına hücum edib.
Hücum nəticəsində baş vermiş partlayışın videosu yayılıb.
Əməliyyatı Ukrayna quru qoşunlarının 92-ci briqadasının xüsusi təyinatlı qüvvələri həyata keçirib. Ukrayna hərbçiləri iki həftə ərzində “Ural” yük maşınlarına silah çatdıranları izləyib.
Oxu24























