
Ukrayna Rusiya ilə danışıqları niyə dayandırıb?
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqları dayandırıb və komandanlıq əsasında əlaqələri kəsib.
Busaat.az xəbər verir ki, bundan əvvəl Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz yüksək rütbəli mənbələrə istinadən Qərbin ötən ilin yazında Rusiya və Ukrayna arasında barışığa mane olduğunu bildirib.
Peskov çətin danışıqlar nəticəsində razılaşdırılan sənədi xatırladıb. Rus diplomat qeyd edib ki, sonradan birdən-birə yuxarıdan gələn əmrlə Ukrayna nümayəndə heyəti danışıqlar prosesini tərk edib.
Yuxarıdan verilən əmrlə bağlı əlavə şərh verilməyib.
Busaat.az























