
Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək - Viktor Orban
Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək.
Busaat.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban bildirib.
Orban Dohada keçirilən Qətər İqtisadi Forumunda ictimai müzakirələrdə çıxış edərək deyib: “Əgər hadisələrin reallıqda necə olduğuna, rəqəmlərə, ümumilikdə vəziyyətə baxsanız, aydın görəcəksiniz ki, ukraynalılar döyüş meydanında qələbə qazana bilməyəcəklər”.
Ukraynadakı münaqişə ilə bağlı suala cavab verən Macarıstanın baş naziri Budapeştin münaqişənin başlanğıcından sülh yolu ilə həllinə tərəfdar olduğunu və ardıcıl olaraq dərhal atəşkəsə çağırdığını bir daha xatırladıb.
“Biz insanların həyatını necə xilas edəcəyimizi düşünməliyik. Bu, mənim mövqeyimdir”, – Orban əlavə edib.
Busaat.az























