
Ukrayna Rusiyada pilotsuz təyyarələrlə hücumlar həyata keçirdi - Rusiya MN
Ukraynanın Rusiyanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Moskva yaxınlığında pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyi bildirilib.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya MN-dən verilən açıqlamada Ukraynanın gecə saatlarında PUA-lardan istifadə edərək Krasnodar bölgəsi və Adıgey Respublikasındakı mülki infrastruktura hücum etməyə cəhd etdiyi bildirilib.
Açıqlamada qeyd edilib ki, hücumlar Rusiya Silahlı Qüvvələrinin elektron döyüş bölmələri tərəfindən zərərsizləşdirilib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyev sosial media hesabında baş verənlərlə bağlı yazı dərc edib:
“PUA hücumu Qubastovo kəndi yaxınlığında baş verib. Hədəf çox güman ki, mülki infrastruktur olub. Tələfat və ya dağıntı yoxdur. Şəhər sakinlərinin təhlükəsizliyinə təsir edən təhlükə qeydə alınmayıb”.
Busaat.az























