Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 845 $▼3.49%
  • Ethereum1 838 $▼4.64%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasını tələb edir

image-ukrayna-rusiya-bayraq-768x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna Rusiyanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasından (TŞ) və ümumilikdə BMT-dən çıxarmaq üçün hüquqi addımlar atmağa çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiyanın o vaxtkı lideri Boris Yeltsinin səyləri sayəsində Rusiyanın “qeyri-qanuni” olaraq BMT TŞ-nin üzvü olduğu iddia edilib.

Bəyanatda qeyd olunub ki, Rusiya Federasiyası BMT Nizamnaməsi ilə müəyyən edilmiş prosedurlardan yan keçərək BMT Təhlükəsizlik Şurasının daimi üzvü olub.

Rusiyanın BMT üzvünə yaraşmayan hücum siyasəti yürütdüyü vurğulanan açıqlamada, “Rusiya Federasiyasının hərəkətləri dinclik anlayışına ziddir” – deyə, bildirilib.

Rusiyanın 2014-cü ildən bəri Ukraynanın bəzi hissələrini qeyri-qanuni ilhaq etdiyi və 24 fevraldan etibarən Ukraynaya hücum etdiyi vurğulanan açıqlamada, “Rusiya Federasiyasının beynəlxalq sülh və təhlükəsizliyə qarşı törətdiyi cinayətlərin coğrafiyası Ukraynanın sərhədləri daxilindədir” – deyə, qeyd olunub.

Bəyanatda, həmçinin, Rusiyanın 1991-ci ildən bu yana 31 dəfə BMT TŞ-nin qətnamələrinə veto qoyduğu bildirilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95395