
Ukrayna Rusiyanın hərbi hava limanına PUA ilə hücum etdi - 3 rus əsgəri öldü
Ukraynanın Rusiyanın Saratov şəhərindəki Engels adına Hərbi Hava Limanına pilotsuz uçuş aparatı (PUA) ilə hücum etməyə cəhd etdiyi bildirilib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Nazirlikdən verilən açıqlamada qeyd edilib: “Saratov vilayətindəki Engels Hərbi Hava Limanına doğru irəliləyən Ukraynaya məxsus PUA gecə saat 01.35 radələrində alçaq hündürlükdə Rusiya müdafiə sistemləri tərəfindən vurulub. Hava limanında olan 3 rus əsgəri PUA hissələrinin üzərilərinə düşməsi nəticəsində həyatını itirib”.
Açıqlamada hava limanındakı avadanlıqların zədələnmədiyi bildirilib.























