Ukrayna son gündə 50-dən çox rus hücumunu dəf edib

image-ukrayna-aa4backend

Ukrayna Baş Qərargahı Rusiya ordusunun bu gün Donetsk və Luqansk vilayətlərinin bəzi şəhər və yaşayış məntəqələrinə hücumlar təşkil etdiyini bildirib.

Busaat.az xəbər verir ki, Ukrayna Baş Qərargahından verilən açıqlamada, Rusiyanın son gündə Ukraynaya 2 raket və 25 hava hücumu təşkil etdiyi bildirilib.

Açıqlamada, Rusiyanın Ukraynanın Donetsk vilayətinin Drujkivka şəhərinin mülki infrastrukturuna və digər yaşayış məntəqələrinə ballistik raketlərlə hücum etdiyi və dinc sakinlər arasında yaralıların olduğu bildirilib.

Rusiya qüvvələrinin əsas səylərini Liman, Baxmut, Avdiyivka və Marinka istiqamətlərindəki hücumlara cəmlədiyi, Ukrayna ordusunun son sutka ərzində rusların 50-dən çox hücumunu dəf etdiyi qeyd edilib.

Baxmut, Avdiyivka və Marinkada şiddətli qarşıdurmaların davam etdiyi vurğulanaraq, Rusiya ordusunun Luqansk vilayətinin Kreminna şəhərinin cənub bölgələrinə Liman istiqamətindəki hücumlarının uğursuz olduğu bildirilib.

Açıqlamada Luqansk vilayətinin Nevske, Dubrova, Beloqorivka və Razdolivka kəndlərinin ağır silahlarla bombalandığı bildirilib.

Rus ordusunun Avdiyivka və Marinka istiqamətindəki hücumlarının nəticəsiz qaldığı bildirilən açıqlamada rusların Şahtersk istiqamətində Donetsk vilayətinin Pobeda, Novomyhailivka, Uqledar və Vyleka Novosilka yaşayış məntəqələrinə hücum etdiyi bildirilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90