
Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsdi
Xəbər verdiyimiz kimi, Suriya Ukraynadakı qondarma rejimlər – “DXR” və “LXR”-nin müstəqilliyini tanıyıb.
Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski Suriya ilə diplomatik əlaqələri kəsdiklərini açıqlayıb.
“Ukrayna ilə Suriya arasında diplomatik əlaqələr olmayacaq. Suriyaya qarşı sanksiyalar daha da artırılacaq”, – Prezident qeyd edib.
Zelenski Suriyanın sözügedən addımını “dəyərsiz” olaraq qiymətləndirib.






















