
Ukrayna Taxıl Sazişinin dayandırıldığını iddia edir
Rusiya Ukrayna limanlarından taxıl almağı planlaşdıran gəmilərin qeydiyyatını əsassız olaraq rədd edib və “Taxıl TəşəbbüsüSazişi”ni yenidən dayandırıb.
Busaat.az xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov açıqlama verib.
Bu yaxınlarda Rusiya ilə Ukrayna arasında İstanbulda imzalanan taxıl müqaviləsinin müddəti yenidən uzadıldıqdan sonra sazişin icrası ilə bağlı problemlər davam edib.
Kubrakov sosial media hesabından verdiyi açıqlamada, “Taxıl Təşəbbüsü yenidən dayandırıldı”, – deyə iddia edib.
Busaat.az























