Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.34 $▲1.00%
  • WTI neft86.51 $▲0.98%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.307 $▲2.93%
  • Qızıl4 053 $▼1.75%
  • Gümüş52.39 $▼1.62%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda592.25 ¢▲0.59%
  • Bitcoin73 746 $▲0.06%
  • Ethereum2 064 $▲0.65%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

“Ukrayna Xerson istiqamətində müəyyən uğurlar qazanıb” - Britaniya kəşfiyyatı

image-f92a370b-5148-3272-ace8-e44a0f33c89e_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ukrayna müdafiəni saxlasa da, Rusiya üç istiqamətdən Severodonetskə hücum cəhdlərini davam etdirir. Çətin ki, hər iki tərəf son 24 saat ərzində əhəmiyyətli mövqe qazana bilsin”.

Busaat.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya hücumunu Donbas mərkəzi hissəsində cəmləsə də, cinahlarında müdafiəni saxlayır.

Ukrayna qüvvələri son vaxtlar Xerson vilayətinin cənub-qərbində əks-hücuma keçməklə, o cümlədən İnqulets çayının şərq sahilində mövqelərini bərpa etməklə müəyyən uğurlar əldə ediblər.

İşğal olunmuş Xerson vilayətində Rusiya rublu qanuni ödəniş vasitəsi kimi tətbiq etməklə və məktəblərə rus dərs proqramını və dilini tətbiq etmək üçün rus müəllimləri işə götürməklə öz idarəçiliyini Rusiya Federasiyasının idarəçiliyi ilə zorla uyğunlaşdırır”, – məlumatda qeyd olunub

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78972