
Ukraynada 32 milyon ton taxıl bloklanıb - Almaniya XİN
Taxıl sazişinin dayandırılması nəticəsində Ukraynada 32 milyon ton taxıl bloklanıb.
Busaat.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat verib.
O, Rusiyanın Qara dəniz təşəbbüsünün uzadılmasından imtina etmək qərarını tənqid edib. Nazir qeyd edib ki, dünyada milyonlarla insanın sağ qalması Ukraynanın taxılından asılıdır.
“Rusiya prezidentinin müqaviləni pozması və indi Odessanı bombalaması faktı təkcə Ukraynaya yeni zərbə deyil, həm də dünyanın ən kasıb dövlətlərinə zərbədir”, – Berbok deyib.
Onun sözlərinə görə, milyonlarla insan Ukraynanın taxılından asılıdır, ona görə də Almaniya taxılın xarab olmaması üçün bütün beynəlxalq tərəfdaşlarla işləyir.
Busaat.az























