
Ukraynada 37 kənd məcburən boşaldılmalı olacaq-AÇIQLAMA
Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun 37 kəndinin boşalmağa məcbur ediləcəyi açıqlanıb.
Busaat.az yerli mediaya istinadən xəbər verir ki, Kupyansk rayonunun Hərbi Administrasiyasının rəhbəri Andrey Kanaşeviç rayonun kəndlərinin boşaldılması ilə bağlı qərarı imzalayıb.
Ukraynada gərgin toqquşmalara səhnə olan Kupyansk istiqamətində Rusiyanın hücumları davam edir.
Ukrayna Baş Qərargahı bildirib ki, son 24 saat ərzində Ukrayna qoşunları Kupyansk istiqamətində Rusiyanın Sinkivka və İvanivke yaşayış məntəqələrindəki hücumlarını uğurla dəf edib. Həmçinin, bu istiqamətdə 10-dan çox yaşayış məntəqəsinin rus ordusunun artilleriya və minaatan hücumlarına məruz qaldığını açıqlayıb.























