
Ukraynada 6000-dən çox dinc sakin həlak olub – BMT
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) dekabrın 26-dək Ukraynada gedən müharibədə 429-u uşaq olmaqla ümumilikdə 6884 mülki şəxsin həlak olduğunu açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə OHCHR-in dərc etdiyi hesabatda məlumat verilib.
Məlumata görə, 10 aydır davam edən Ukrayna-Rusiya müharibəsində mülki itkilərin və yaralananların sayı açıqlanıb.
Hesabatda müharibə zamanı həlak olanların 2719-u kişi, 1832-si qadın, 429-u uşaq, 1904-ü isə cinsiyyəti müəyyən edilə bilinməyən böyüklər olmaqla ümumilikdə 6884 nəfərin həyatını itirdiyi açıqlanıb.
Ukraynadakı döyüşdə yaralananların sayı 10 min 947 olaraq açıqlanarkən; Bunlardan 2364 nəfəri kişi, 1709 nəfəri qadın, 800 nəfəri uşaq, 6074 nəfəri isə cinsiyyətini müəyyən etmək mümkün olmayan böyüklər olub.
Busaat.az























