
Ukraynada baş verənlər Avropanın təhlükəsizlik nizamının məhvinə gətirib çıxarıb
Ukraynadakı hazırkı hadisələr Avropanın təhlükəsizlik nizamının uzunmüddətli məhvinə gətirib çıxarıb.
Busaat.az xəbər verir ki, bu sözləri Almaniya prezidenti Frank-Valter Ştaynmayer bildirib.
“Avropanın təhlükəsizlik nizamı artıq yoxdur. Bunun yeganə səbəbi isə hazırda Ukraynada baş verən hadisələrdir. Heç kim mənim yaxın gələcək üçün proqnozumu eşitmək istəmir”, – prezident deyib.
Prezidentin fikrincə, Ukraynada münaqişəyə son qoyulması belə köhnə təhlükəsizlik fəlsəfəsinə qayıtmaq demək deyil. Yeni vəziyyət yaranacaq ki, bir tərəfdən Avropa, digər tərəfdən Rusiya ilk növbədə bir-birini müdafiə edəcək”, – Ştaynmayer qeyd edib.
Prezident bildirib ki, ümumi təhlükəsizlik fəlsəfəsi uzunmüddətli perspektivdə ümumi konsepsiya olmaqdan çıxacaq.
Busaat.az























