
Ukraynada baş verənlər Qərblə Rusiya arasında əsl müharibədir - Sergey Lavrov
Ukraynada baş verənlər artıq hibrid müharibə deyil, Qərb və Rusiya arasında əsl müharibədir.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Ukraynada baş verənlər, hibrid müharibə deyil artıq real müharibədən danışırıq”.
Lavrov bildirib ki, Qərb uzun müddətdir Rusiyaya qarşı hazırlaşır, rusların hər şeyini məhv etməyə çalışır.
“Ukraynada bu, ümumi praktikadır. Sülhün bərqərar olması şüarı ilə seçilən həm keçmiş Poroşenko, həm də indiki Vladimir Zelenski seçildikdən dərhal sonra müharibə prezidentlərinə, rusofoba çevrildilər”, – Lavrov bildirib.
Lavrov xatırladıb ki, Ukrayna rus dilində təhsili, rus dilində KİV-i, hətta faktiki olaraq gündəlik həyatda rus dilindən istifadəni qadağan edən qanunlar qəbul edib.























