
Ukraynada “Bayraktar” pilotsuz təyyarələri istehsal edən zavodun tikintisinə başlandı
Ukraynada Türkiyənin “Baykar” şirkəti tərəfindən “Bayraktar” pilotsuz uçan aparatlarının istehsalı müəssisəsinin tikintisinə başlanılıb.
Busaat.az “RİA Novosti”-yə istinadən xəbər verir ki , bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin məlumat verib.
“Bir neçə ildir Ukraynada danışılan Bayraktar zavodundan danışsaq, o zaman bu zavodda tikinti işlərinə başlanılıb. Bununla bağlı danışıqlar olub, sonra dayanacaqlar, qalmaqallar olub. Bu zavod tikilməyə başlayıb. praktikada və təkcə memorandumlarda deyil”, – Aleksandr Kamışin bildirib.
Qeyd edək ki, iyulun 8-də Türkiyə və Ukrayna pilotsuz təyyarələrin birgə istehsalının inkişafına dair memorandum imzalayıb. Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib ki, şirkət 2025-ci ildə Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” pilotsuz uçan aparatlarının istehsalına başlamağı planlaşdırır.
Busaat.az























