
Ukraynada çirkli bomba izinə rast gəlinmədi - Qrossi
“Bu iddialar nüvə sialhının istifadəsinə səbəb hazırlamaq məqsədilə uydurulan rəvayətin bir hissəsi kimi irəli sürülüb”.
Busaat.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında çıxışı zamanı məlumat verib.
“Bizim gördüyümüz iş çərçivəsində dərhal, bir neçə gün ərzində üç obyektdə təftiş qrupu yaratdıq. Nüvə qaydalarından hər hansı yayınma əlamətinin və ya hər hansı başqa sui-istifadənin olmadığını təsdiq edirik. Agentlik çirkli bomba hazırlanması ilə bağlı xəbərlərə məhəl qoya bilməz, çünki bu iddialar nüvə silahından istifadəyə səbəb hazırlayan rəvayətin bir hissəsi kimi irəli sürülüb” – deyə, Qrossi bildirib.
Busaat.az























