
Ukraynada döyüşən muzdlulara 2730 dollara qədər pul ödənilir - Aleksandr Bastrıkin
Ukraynada döyüşmək üçün orduya götürülən əcnəbi muzdlulara 30-100 min qrivna (820-2734 dollar) arasında maaş verilir.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib.
“Əldə olunan istintaq materiallarına görə, Kiyev Qərbin dəstəyi ilə muzdluların Ukrayna tərəfində beynəlxalq normaların qadağan etdiyi döyüş əməliyyatlarında iştirakını təşviq edir”, – deyə Bastrıkin açıqlama verib.
“Biz onların 30-100 min qrivna (820-2734 dollar) arasında dəyişən bonus ödənişləri məbləğində işə qəbul, təlim və döyüş hərəkətlərində iştirak etdiyini öyrəndik”, – o, əlavə edib.
Busaat.az























