
Ukraynada hərbi planlaşdırmanın arxasında Qərb dayanır - Rusiya XİN
Ukraynada təkcə taktiki planların deyil, tamhüquqlu hərbi planlaşdırmanın arxasında Qərb dayanır.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Qərblilər açıq şəkildə bəyan edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin yaxın vaxtlarda elan etdiyi hücum əməliyyatının baş tutması üçün əllərindən gələni edəcəklər. Yəni, bütün bu hərbi planlaşdırmanın arxasında onlar olduğunu belə gizlətmirlər”, – Zaxarova bildirib.
Qeyd edək ki, Ukraynanın baş naziri Denis Şmıqal aprelin əvvəlində bildirib ki, Ukrayna yayda əks-hücum əməliyyatlarına başlaya bilər.
Busaat.az























