
Ukraynada müharibə bu tarixdə bitəcək - Ekspert AÇIQLADI
Ukraynada müharibənin qaynar mərhələsi , bütün şərtlər ən uğurlu şəkildə alınarsa, payıza qədər başa çata bilər.
Busaat.az xəbər verir ki, bu sözləri hərbi ekspert Oleq Jdanov Youtube-da abunəçilərinin suallarını cavablandırarkən deyib.
Ekspertin fikrincə, Ukraynanın 1991-ci ilin yayına qədər olan sərhədlərinə çata biləcəyi ilə bağlı verilən əvvəlki proqnozlar artıq aktual deyil. Jdanov qeyd edib ki, son zamanlarda Qərbin silah tədarükü artsa da, hazırda Ukraynanın böyük hücuma başlamaq üçün kifayət etmir.
Rusiya əvvəllər döyüşdə məğlub olan birləşmələrin əvəzinə yeni zərbə qrupları yaratmağa vaxt tapdı. İndi Ukrayna əvvəlcə təcavüzkarın yeni hücumunu dəf etməli və bundan sonra öz əks-hücuma keçməlidir.
ABŞ-ın istefada olan generalı Ben Hodges hesab edir ki, bu il Rusiya ilə Ukrayna arasında müharibə daha şiddətli xarakter alacaq. Eyni zamanda o, yaxın aylarda Ukraynanın Krımın azad edilməsi üçün şərait yaradacağını gözləyir.
Hərbi müşahidəçi Aleksey Arestoviç sözlərinə görə, Rusiyanın genişmiqyaslı hücuma keçmə cəhdi ağır məğlubiyyətlə başa çatacaq və bu, Kremldə hakimiyyət dəyişikliyi ilə nəticələnəcək.
“The Wall Street Journal ” yazır ki, Qərb Ukraynaya hərbi yardım məsələsini yenidən nəzərdən keçirib. Əvvəllər uzun sürən müharibə ilə Rusiyanı zəiflədəcəklərini gözləyirdilərsə, indi yıxılma müharibəsinin Ukraynanın məğlubiyyətinə səbəb olacağı qənaətindədirlər. Ona görə də Qərb Kiyevə hərbi yardımın həcmini kəskin şəkildə artırıb.
Busaat.az























