
Ukraynada yanğına robotla müdaxilə edildi
Ukraynanın Ternopil şəhərindəki anbarda baş verən yanğına qarşı robotdan istifadə edilib. Pultla anbara göndərilən və yanğın şlanqına qoşulan robotun yanğına reaksiya anları kameralara əks olunub.
Busaat.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat verib.
Fövqəladə Hallar Xidmətinin rəhbəri Serhiy Kruk deyib: “Bu, bizim xilasetmə qruplarımızın robot köməkçisinin funksionallığını sübut etdiyi ilk örnək deyil. Xilasedicilər bu robotların köməyi ilə Ternopil və Xmelnitski rayonlarında düşmənin hücumlarının təsirlərinə cavab veriblər. Robotun operatoru yanğına çox da yaxınlaşmadan müdaxilə edə bilir”.
Busaat.az























