
Ukraynadakı münaqişənin həlli üçün Rusiya-ABŞ danışıqları aparılmalıdır – Orban
Ukraynadakı münaqişənin həlli üçün Rusiya və ABŞ arasında danışıqlar lazımdır.
Busaat.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə mətbuat konfransında bildirib.
“Həqiqətən Ukrayna münaqişəsinə son qoymaq üçün lazım olan tək şey Rusiya-Ukrayna danışıqları deyil, Rusiya-ABŞ danışıqlarıdır” – deyə, Orban qeyd edib.
“Budapeştdə belə danışıqlar aparıla bilərmi?” sualına Orban belə aydınlıq gətirib ki, onun sözləri Macarıstan hökumətinin daimi təklifi kimi qiymətləndirilə bilər: “Ancaq əsas odur ki, belə danışıqlar hər şeydən əvvəl aparılmalıdır”.
Busaat.az























