
Ukraynadan Afrikaya ÇAĞIRIŞ: Neytrallıqdan əl çəkin
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Afrika ölkələrini Rusiya ilə davam edən müharibədə bitərəflikdən əl çəkməyə çağırıb.
Busaat.az xəbər verir ki, Efiopiyanın paytaxtı Əddis Əbəbədəki rəsmi təmaslarından sonra açıqlama verən Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın ölkəsinə hücumuna qarşı Afrika ölkələrindən dəstək istəyib.
Kuleba deyib: “Tərəfsizlik həll yolu deyil. Rusiyanın Ukraynaya qarşı aqressiv davranışına qarşı tərəfsiz qalmaqla, sərhəd pozuntularına və yaxın ətrafınızda baş verə biləcək kollektiv cinayətlərə qarşı tərəfsizliyə işarə edirsiniz”.
Ukrayna və Afrika ölkələrinin bir-biri üçün əhəmiyyətli olduğunu vurğulayan Kuleba həm ölkəsinin, həm də Rusiyanın Afrika ölkələrinə əhəmiyyətli miqdarda taxıl təmin etdiyini xatırladıb.
Kulebanın Afrika turuna Efiopiya istisna olmaqla, Ruanda və Mərakeş daxildir.
Busaat.az























