
Ukraynadan gözlənilməz İDDİA: "5 min Rus əsgəri mühasirəyə alınıb"
“Donetsk bölgəsində 5 minə yaxın rus əsgəri mühasirəyə alınıb və Ukrayna qüvvələri şəhərdən çıxış yollarını nəzarətə götürüb”.
Busaat.az xəbər verir ki, bu barədə Ukraynanın Luqansk Bölgəsinin İdarə naziri Serqiy Hayday öz rəsmi Twitter hesabında paylaşım edib.
“Təxminən 5 min rus əsgəri mühasirədə qalıb. Ukrayna təhlükəsizlik qüvvələri hardasa bütün çıxış yollarını və sursat tədarükü yollarını bağlayıb. Limanın işğaldan azad edilməsindən sonra sıra Luqansk bölgəsinə gələcək” –deyə, paylaşımda qeyd olunub.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Şərq Qrupunun təmsilçisi Serqey Çerevatiy Liman şəhəri yaxınlığındakı Yampil, Novoselivka, Şandriholovo, Drobışevo, Stavki yaşayış məntəqələrinin geri alındığını açıqlayıb.
Busaat.az























