Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 229 $▼1.46%
  • Ethereum1 904 $▼1.22%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ukraynadan Türkiyəyə XƏBƏRDARLIQ – “Putinin qərarı ilə…”

image-e71173d9-96e3-3d28-94ea-4907bfa3ed41_850-505x315
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın “Türk Axını” qaz kəmərini sabotaj etməyə hazırlaşdığını iddia edib.

Busaat.az xəbər verir ki, nazirliyin açıqlamasında Rusiyanın Avropa ölkələrinin enerji infrastrukturlarını hədəfə alaraq onları şantaj etməyə çalışdığı iddia edilir.

“Ukrayna öz tərəfdaşlarına Rusiyanın enerji infrastrukturuna qarşı terror planları barədə daim xəbərdarlıq edir”, – nazirlik bildirir.

Açıqlamada Rusiya tərəfinin təbii qaz axınını kəsmək, qaz ödənişlərinin yalnız rus rublu ilə edilməsini tələb etmək, texniki səbəblərdən bəhanə gətirmək kimi davranışlarla ölkələri “çətin durum” qarşısında qoymağa çalışdığı və Avropanın buna qarşı öz enerji ehtiyatlarını şaxələndirməyə başladığı deyilir:

“Məhz buna görə də Putin hər şeyi nəzərə alaraq enerji infrastrukturuna fiziki ziyan vurmağa qərar verib”.

Açıqlamada Rusiyanın bir tərəfdən Avropaya enerji təchizatı yollarını kəsməyə, digər tərəfdən isə onu “Şimal Axını 2” qaz kəmərini açmağa razı salmağa çalışdığı bildirilir.

Nazirlik Rusiyanın Almaniyanı “Şimal Axını 2”-ni açmağa razı salmaq üçün Ukraynaya qaz nəqli infrastrukturlarına zərər vermək üçün hazırlıq gördüyü və Prezidenti Vladimir Zelenskinin bu məsələ ilə bağlı ictimaiyyəti xəbərdar etdiyini qeyd edir.

İddiaya görə, “Türk Axını” ilə bağlı Rusiyanın mümkün oxşar planları barədə də Ukraynada məlumat var.

Rusiya və Türkiyə prezidentlərinin son görüşündə “Türk Axını”nın gələcək fəaliyyəti barədə müzakirə aparılmışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87580