Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 633 $▼6.73%
  • Ethereum1 747 $▼9.34%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ukraynalı diversantlar Rusiyaya hücum edib

image-ukraynali-diversantlar-belqoroda-daxil-olub
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukraynalı diversantlar Rusiyanın Belqorod vilayətinə hücum ediblər. Rusiya ərazisi daxilində bölgəyə edilən hücumda zirehli texnika və helikopterlər də iştirak edib.

Busaat.az xəbər verir ki, Rusiyanın dövlət televiziyası RT-nin məlumatına görə, Ukraynadan diversiya qrupu Rusiyanın Belqorod vilayətinə daxil olub.

Kreml hücumla bağlı açıqlama verib. Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ordusunun komando bölməsinin sərhədə girərək Belqorodun Qravyoron bölgəsinə sızdığını açıqlayıb.

Peskov bu hücumla Ukraynanın Baxmut məğlubiyyətinin siyasi yükünü yüngülləşdirməyə çalışdığını iddia edib. Kreml sözçüsü məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verildiyini və hücum edənlərə qarşı lazımi tədbirlərin görüldüyünü vurğulayıb.

Ukrayna kəşfiyyatının sözçüsü Andrey Yusov əməliyyatı Kiyevə bağlı Rusiya vətəndaşları tərəfindən həyata keçirildiyini iddia edib. O, Belqoroda hücum edən əsgərlərin “Rusiyaya Azadlıq” və “Rus Könüllü Ordusu”na bağlı olduğunu bildirib.

Bu arada Belqorod bölgəsində baş verən qarşıdurmalarda müxtəlif zirehli texnika və helikopterlər iştirak edib. Təxribatçıların rus ləhcəsi ilə danışması diqqət çəkib. Görüntülərə görə, azı bir rus əsgəri həlak olub.

Mart ayında Rusiyanın Bryansk vilayətinə edilən hücuma görə məsuliyyəti “Rus Könüllü Ordusu” öz üzərinə götürüb. Hücum nəticəsində iki rusiyalı mülki şəxs həlak olub.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110643