
Ukraynalı hərbçiləri Bryanska girdi - Kremldən AÇIQLAMA
Ukrayna hərbçilərinin Bryansk vilayətinə daxil olması terror aktıdır.
Busaat.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bu, terrorçuların hücumudur. Hazırda həmin terrorçuların məhv edilməsi istiqamətində tədbirlər davam etdirilir”, – Peskov deyib.
Bu hücumdan sonra Moskvanın hansı tədbirləri görəcəyi ilə bağlı sualı cavablandıran Peskov deyib: “Dünya ictimaiyyətinin diqqətini bu terror hücumlarına yönəltmişik və bunu davam etdirəcəyik”.
Qeyd edək ki, Rusiya tərəfinin iddiasına görə, Ukrayna hərbçiləri Bryansk vilayətinin sərhədyanı rayonuna daxil olublar. Rəsmi məlumatlara görə, hücum nəticəsində bir mülki şəxs həlak olub, bir nəfər isə yaralanıb.
Busaat.az























