
Ukraynalılar Zelenskidən tükənmiş uran mərmilərindən istifadəni qadağan etməsini istəyirlər - Petisiya
Ukrayna prezidenti Volodimir Zelenskinin saytında silahlı qüvvələrə tükənmiş uran sursatlarından istifadənin qadağan edilməsini tələb edən petisiya qeydə alınıb.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
Petisiyanın müəllifi illərdir ətraf mühitin çirklənməsi, əkin sahələrinin xarab olması və insanların zəhərli maddələrlə zəhərlənməsi təhlükəsinə işarə edir.
“Belə sursatlardan istifadə bəşəriyyətə və planetə qarşı cinayətdir. Onların istifadəsi yolverilməzdir və əxlaqsızlıqdır. Mən bu petisiyaya baxılmasını və bu barədə müsbət qərar qəbul olunmasını tələb edirəm. Həmçinin hərbi sursatların mümkünlüyünü istisna etmək üçün qabaqlayıcı tədbirlərin görülməsini tələb edirəm. Ukrayna silahlı qüvvələri petisiyaya baxılana qədər belə sursatlardan istifadə edəcək”, – deyə sənəddə bildirilir.
Qeyd edək ki, indiyədək petisiyanın lehinə 28 nəfər səs verib. Prezident Zelenskinin nəzərdən keçirməsi üçün isə 25 min səs toplanmalıdır.
Busaat.az























