Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.42 $▲1.08%
  • WTI neft86.66 $▲1.16%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.290 $▲2.40%
  • Qızıl4 051 $▼1.79%
  • Gümüş52.40 $▼1.59%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.75 ¢▲0.85%
  • Bitcoin73 688 $▼0.01%
  • Ethereum2 066 $▲0.76%
  • S&P 5007 521▼0.37%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

“Ukraynanı yenidən quracağıq” - Ursula von der Leyen

image-ursula-von-der-leyen-reuters-1561210_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa Komissiyasının sədri Ursula von der Leyen Ukraynanı yenidən quracaqlarını deyib.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, sədr bu haqda “Maxxi Müasir İncəsənət Muzeyi”ndə keçirilən tədbirdə danışıb.

“Mariupol meri və ukraynalı memarlarla görüşümüz olacaq. Biz Ukraynanı yenidən quracağıq. Bunu etməliyik və edəcəyik, çünki bu, bizim mənəvi borcumuzdur”, – o qeyd edib.

Von der Leyen yaşayış sahələrinin yenidən qurulmasının Avropa Yaşıl Sövdələşməsinə əsaslanan “Yeni Avropa Bauhaus” (Bauhaus – Avropa Komissiyası tərəfindən 2050-ci ilə qədər iqlimə qarşı neytral olmaq məqsədinə nail olmaq səylərinin bir hissəsi olaraq yaşayış, memarlıq, nəqliyyat, şəhər və kənd yerlərinin davamlı yaşıl transformasiyası üçün 2021-ci ilin yanvarında başlamış bir layihədir – red.) ruhuna uyğun olaraq həyata keçirilməli olduğunu deyib.

O, həmçinin Aİ-nin bərpa olunan enerji mənbələrində irəliləyiş əldə etməli olduğunu bildirib:

“Rusiya iqtisadiyyatı qaz, neft və kömür üzərində qurulub. Biz Aİ olaraq onlardan çox asılıyıq. Bu dəhşətli müharibəyə görə biz asılılığımızı azaltmaq qərarına gəldik. İndi biz irəliləyiş əldə etməliyik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79121