Məzmuna keç
  • Brent neft92.60 $▼0.46%
  • WTI neft84.87 $▼0.70%
  • Avropa qazı (TTF)86.33 €▲0.99%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.00%
  • Qızıl3 795 $▼0.88%
  • Gümüş46.27 $▼1.26%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.00 ¢▼0.74%
  • Bitcoin64 649 $▼0.35%
  • Ethereum1 812 $▼0.61%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Ukraynanın Baş nazirinin müavini istefaya göndərildi

image-aleksey-reznikov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna Ali Radası ölkənin Baş nazirinin müavini Aleksey Reznikovu istefaya göndərib.

Busaat.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, həm də Ukraynanın müvəqqəti işğal altında olan ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri olan Reznikovla bağlı parlamentdə səsvermə keçirilib.

Səsvermə zamanı 329 millət vəkili Reznikovun vəzifəsindən azad edilməsinin lehinə səs verib.

Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçukun sözlərinə görə, Reznikov öz istəyi ilə istefa ərizəsi verib.

Bununla yanaşı, “Çenzor.net” nəşrinin baş redaktoru Yuriy Butusov bildirib ki, Ukrayna Prezidenti ölkənin müdafiə naziri vəzifəsinə namizədi razılaşdırıb və sözügedən şəxs Aleksey Reznikovdur.

Reznikov Baş nazirin müavini – müvəqqəti işğal altında olan ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri vəzifəsini 2020-ci ilin mart ayından icra edib.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Andrey Taran noyabrın 2-si istefa verib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=62124