
Ukraynanın bütün ərazisində hava xəbərdarlığı elan edilib
Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib.
Busaat.az xəbər verir ki, bu barədə Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində məlumatlar qeyd olunub.
Məlumata görə, fevralın 22-də səhər saatlarında ölkənin şərqində yalnız bir neçə rayonda xəbərdarlıq siqnalları eşidilib. Həmçinin, saat 07:15-də Ukraynanın Poltava, Xarkov, Dnepropetrovsk vilayətlərində də həyəcan təbili çalınıb.
Bundan başqa, Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində hava xəbərdarlığı edilib.
Busaat.az























