Ukraynanın ehtiyat qoşunlarını uzaqmənzilli silahlarla vurduq – Rusiya

Ukraynanın ehtiyat qoşunlarını uzaqmənzilli silahlarla vurduq – Rusiyabackend

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Konaşenkov Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı açıqlama verib.

Busaat.az xəbər verir ki, müəyyən edilmiş hədəflərə qarşı hücumlar həyata keçirdiklərini açıqlayan Konaşenkov deyib:

“Rusiya Silahlı Qüvvələri bu gecə düşmənin ehtiyat qoşunlarının müvəqqəti mövqeləri və sursat anbarlarına dənizdən və havadan yüksək dəqiqlikli uzaqmənzilli silahlarla intensiv hücum həyata keçirib. Hücum hədəfinə çatdı. Bütün müəyyən edilmiş elementlər vuruldu”.

Konaşenkov bildirib ki, hücum nəticəsində ehtiyat qoşunların irəliləməsinin qarşısı alınıb və münaqişə bölgələrinə sursat daşınması dayandırılıb.

Hücum dəstələrinin Baxmutun qərbində Donetsk istiqamətində toqquşmalarının davam etdiyini qeyd edən Konaşenkov, Rusiya hava-desant qoşunlarının şəhərin cinahlarında Ukrayna ordusunun hərəkətlərini dayandıraraq dəstələrə kömək etdiyini bildirib.

Konaşenkov bildirib ki, Ukraynanın 419 təyyarə, 230 helikopter, 4 min 52 pilotsuz uçuş aparatı, 421 hava hücumundan müdafiə raket sistemi, 9 min 46 tank və zirehli texnika, 1098 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 4 min 774 haubitsa və minaatan, 10 min 77 hərbi maşınını məhv ediblər.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki