
Ukraynanın genişmiqyaslı əks-hücum əməliyyatı bu səbəbdən gecikir - Zelenski AÇIQLADI
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ və Avropa liderlərinə Ukraynanın daha əvvəl əks-hücum əməliyyatına başlamaq istədiyini, lakin bunun üçün daha çox silaha ehtiyacı olduğunu bildirib.
Busaat.az xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, əks-hücum döyüş meydanındakı çətinliklərə görə ləngiyir.
“Mən istəyirdim ki, əks-hücumumuz daha tez baş versin, çünki hamı anlayırdı ki, əks-hücum gec başlasa, ərazimizin daha böyük hissəsi minalanacaq. Biz düşmənimizə daha çox mina yerləşdirmək və müdafiə xətlərini hazırlamaq üçün vaxt və imkan veririk”, – Zelenski deyib. t
“Mən ABŞ-yə eləcə də Avropa liderlərinə dedim ki, biz əks-hücum əməliyyatımızı daha tez başlamaq istəyirik və bunun üçün bizə bütün silah və materiallar lazımdır. Niyə? Sadəcə olaraq, ona görə ki, gec başlasaq, bizim üçün bir o qədər çətin olacaq”, – prezident qeyd edib.
Onun sözlərinə görə, Ukrayna daha çox uzaq mənzilli artilleriya və raketlərə malik olsa, əks-hücum sürətləndirilə bilər.
” Bu, bizə bəzi istiqamətlərdə əks-hücuma başlamaq imkanı verəcək. Müvafiq silahlarımız olmadığı üçün bəzi istiqamətlərdə buna başlaya bilmirik. ” – o, əlavə edib.
Busaat.az























