
Ukraynanın NATO-ya üzv olub-olmayacağına qərar verən Baydendir - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydeni müharibə bitənə qədər üzvlük baş verməsə belə, Ukraynanı NATO-ya dəvət etməyə çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna lideri CNN-ə müsahibəsində bildirib.
Ukraynanın NATO-ya üzv olub-olmayacağına qərar verən Baydendir və Kiyevin bu siqnalı alması çox vacibdir.
“Bayden NATO-dakı gələcəyimizi dəstəkləyir”, – Zelenski deyib.
Zelenski bildirib ki, bu, Ukrayna əsgərləri üçün böyük dəstək olacaq.
Busaat.az























