
Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdə deyil - Josep Borrel
Ukraynanın NATO-ya daxil olması ilə bağlı qərar baş katib Yens Stoltenberqdən deyil, alyansın üzvlərindən asılıdır.
Busaat.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrel bildirib.
Aprelin əvvəlində Stoltenberq Kiyevə səfəri zamanı bildirmişdi ki, Ukrayna nəhayət alyansa qoşulacaq.
“Bu, NATO-nun baş katibindən deyil, alyansın üzvlərindən asılıdır”, – Borrel deyib.
Onun sözlərinə görə, hazırda Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə deyil.
Busaat.az























