
“Ukraynanın sonu demək olacaq" - Olaf Şolz
Ukraynanın mövqeyi nəzərə alınmadan heç bir sülh sazişi bağlanmayacaq.
Busaat.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolz deyib.
“Ukraynalıların başı üzərindən heç bir sülh sazişi bağlanmayacaq. Ukrayna özünü müdafiə etməyi dayandırarsa, bu, sülh deyil, Ukraynanın sonu demək olacaq”, – deyə kansler əlavə edib.
“Rusiya hələ də hərbi qələbəni səbirsizliklə gözləyir. Lakin qələbə olmayacaq, çünki tərəfdaşlarımızla birlikdə Ukraynanı dəstəkləməyə davam edirik”, – Şolz bildirib.
O, həmçinin bildirib ki, Çin Vladimir Zelenski ilə sülhə nail olmaq səyləri barədə danışmalıdır. Scholz Pekinə Rusiyaya silah göndərməmək barədə xəbərdarlıq edib və Çini Ukraynadan qoşunları çıxarmaq üçün Moskvaya təzyiq göstərməyə çağırıb.
Bundan başqa, Şolz Si Cinpinin Ukraynadakı münaqişədə “nüvə silahından istifadə və istifadə təhlükəsini birmənalı şəkildə rədd etməsini” alqışlayıb.
Busaat.az























