
Ukraynanın ZNPP-yə hücumlarına sərt cavab veriləcək - Rusiya XİN
Kiyevin Zaporojye Atom Elektrik Stansiyasına hər hansı hücumuna Rusiyanın sərt şəkildə cavab verəcək.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya ZNPP-nin mühafizəsini təmin etməyə davam edəcək və Ukraynanın bu obyektə hər hansı hücumuna son dərəcə sərt cavab verəcək”,- Zaxarova qeyd edib.
“Bir daha BMT və MAQATE rəhbərliyini ZNPP ətrafındakı vəziyyətə göz yummamağa və baş verən hadisələrdə kimin günahkar olduğunu açıq şəkildə söyləməyə çağırırıq”, – diplomat bildirib.
Qeyd edək ki, MAQATE-nin baş direktoru Rafael Qrossinin iyunun 23-də Moskvaya səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski Moskvanı Zaporojye AES-də terror aktı hazırlamaqda ittiham edib. O, heç bir sübut təqdim etmədən bu barədə Braziliya, Hindistan, Çin, ABŞ, eləcə də Avropa, Yaxın Şərq və Afrika ölkələrini xəbərdar edib.
Kremlin sözçüsü Dmitri Peskov isə Zelenskinin açıqlamasını növbəti yalan kimi şərh edib..
Busaat.az























