Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 229 $▼1.46%
  • Ethereum1 904 $▼1.22%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ukraynaya raket hücumuna əmr verən Rusiya generalının adı AÇIQLANDI

image-1665417563_1115162_3_w_1000-800x400
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ordu generalı Sergey Surovikinin xüsusi hərbi əməliyyat zonasında birləşmiş qoşunlar qrupunun komandanı təyin edilməsi Ukraynada ciddi dəyişikliklərə səbəb olmayacaq. Rusiya Silahlı Qüvvələrinin Ukraynaya son günlərdəki raket hücumları birbaşa Sergey Surovkinin tapşırığıdır”.

Busaat.az “report”a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, S.Surovikinin əvvəllər Suriyada xidmət etməsinin heç bir əhəmiyyəti yoxdur: “Onun təyinatı Ukraynada Suriya ssenarisinin tətbiqi ilə nəticələnməyəcək. Çünki Ukraynadakı döyüş meydanı Suriyadakından çox fərqlənir”.

İnstitutun məlumatına görə, Rusiya hərbi komandanlığı Ukraynanın şərq və cənubundakı cəbhə bölgəsinə yeni səfərbər edilmiş hərbçiləri cəlb edir: “Rusiya mənbələrinin məlumatına görə, Ukrayna qoşunları Xerson vilayətinin şimal və qərbində hücumları davam etdirir. Luqansk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday deyib ki, əraziyə minlərlə əsgər toplanıb”.

Müharibə Araşdırmaları İnstitutundan qeyd olunub ki, Rusiya rəsmiləri səfərbərlikdən Kremlin orduya getmək əmrini rədd edən şəxslərə qarşı cəza növü kimi istifadə edir: “Bəzi rusiyalılar bütün Rusiyada səfərbərliyə müqavimət göstərməyə davam edirlər”.

Xatırladaq ki, S.Surovikin oktyabrın 8-də Ukraynadakı xüsusi hərbi əməliyyat zonasında birləşmiş qoşunlar qrupunun komandiri təyin edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87512