Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 363 $▼5.66%
  • Ethereum1 769 $▼8.23%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ümumdünya Uşaqlar Günündə Rusiyadan HÜCUM: İki uşaq öldü

image-ukrayna-usaq1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya ilə Ukrayna arasında bir ildən artıqdır davam edən müharibədə ötən gün Rusiya qüvvələrinin Kiyevə hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfər həlak olub.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusunun gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə hava hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada 1 İyun Ümumdünya Uşaqlar Günündə rusların gecə Kiyevə hücum etdiyini və uşaqları öldürdüyünü bildirib.

Hücumda Rusiyanın qanadlı və ballistik raketlərdən istifadə etdiyini qeyd edən Popko qeyd edib: “Təsbit edilən bütün hava hədəfləri müdafiə güclərimiz və vasitələrimiz tərəfindən məhv edildi”.

Raket parçalarının insan tələfatına və dağıntılara səbəb olduğunu bildirən Popko, “Qırıntılar paytaxtın Desna məhəlləsində poliklinikanın və onun yanındakı çoxmərtəbəli binanın üzərinə düşüb. Nəticədə 3 nəfər həyatını itirib, 10-a yaxın insan yaralanıb. Ən pisi odur ki, ölənlər arasında iki uşaq da var”, – deyə bildirib.

Popko qeyd edib ki, raket parçasının düşməsi nəticəsində Dnepr rayonunda evə ziyan dəyib, park edilmiş avtomobillər yanıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111377