
Uqanda Konqo Demokratik Respublikasının şimalına 1000 əsgər göndərir
Uqanda qonşu Konqo Demokratik Respublikasına 1000 əsgər göndərdiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Uqanda ordusunun sözçüsü polkovnik-leytenant Deo Akiki məlumat verib.
KDC-nin şərqinə 1000 əsgər göndərdiklərini açıqlayan Akiki, bu bölmənin Şərqi Afrika Birliyi (EAC) Qüvvələrinin çətiri altında xidmət edəcəyini bildirib.
O, Uqanda hərbi hissələrinin İturi bölgəsində yerləşdiriləcəyini bildirib.
Uqanda hərbçilərinə rəhbərlik edən polkovnik Michael Hairoba, deyib: “KDC-yə sülh elçiləri kimi gedirik. Biz təlim keçmişik və vəzifəyə hazırıq”.
Qeyd edək ki, 2021-ci ilin noyabr ayında yenidən başlayan M23 hücumları bölgədə yaşayan minlərlə mülki vətəndaşın ərazidən köçməsinə səbəb olub və Ruanda ilə KDC arasında böhrana səbəb olub.
Busaat.az























